FİFA Uruqvay millisinin hücumçusu Luis Suareslə bağlı məsələyə baxıb. Apasport.az saytının məlumatına görə, futbolçu barəsində ciddi cəza tədbirləri görülüb.
FİFA-nın saytında bildirilir ki, Suares Uruqvay millisinin dünya çempionatları çərçivəsində keçirəcəyi yaxın 9 oyununda iştirak edə bilməyəcək. Onun yaxın 4 ay ərzində futbola bağlı olan istənilən fəaliyyətinə də qadağa qoyulub. Bundan əlavə, Suares 100 min İsveçrə frankı məbləğində cərimə edilib.
FİFA-nın bu qərarı Uruqvay-İtaliya matçında baş verən epizodla bağlı olub. Suares oyun epizodlarından birində italiyalı müdafiəçi Corco Kellinin çiynindən dişləyib.
FİFA-nın İntizam Komitəsinin sədri Klaudio Sulser bu halın istənilən futbol meydanında baş verməsinin yolverilməz olduğunu vurğulayıb: “Xüsusən də yüz milyonlarla azarkeşin baxdığı dünya çempionatı zamanı. İntizam komitəsi bu işin bütün faktorlarını nəzərə alıb və Suaresin cəza dərəcəsini müəyyən edib. Qərar açıqlandığı andan qüvvəyə minir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı