Suaresin cəzası qüvvədə qaldı
11.07.2014 - 01:05
Suaresin cəzası qüvvədə qaldı

 

FİFA-nın Apelyasiya komitəsi Uruqvay Futbol Federasiyasının Luis Suareslə bağlı şikayətini rədd edib. Apasport.az saytının məlumatına görə, bununla da İntizam  komitəsinin futbolçunun cəzalandırılması ilə bağlı iyunun 25-də çıxardığı qərar tam qüvvədə qalıb.

 

Xatırladaq ki, Luis Suares İtaliya ilə oyunda rəqibin müdafiəçisini dişlədiyi üçün millinin 9 oyununda iştirak edə bilməyəcək. O, futboldan isə 4 ay uzaqlaşdırılıb, 100 min İsveçrə frankı məbləğində cərimə edilib.

 

Bundan sonra Luis Suares və Uruqvay Futbol Federasiyası qərardan ancaq Lozannadakı İdman Arbitraj Məhkəməsinə şikayət edə bilərlər.