FİFA Luis Suaresin diskvalifikasiyası ilə bağlı Uruqvay Futbol Federasiyasının apelyasiyasına baxa bilər. Apasport.az saytının məlumatına görə, hücumçunun cəzasının xeyli yüngülləşdiriləcəyi gözlənilir.
Xatırladaq ki, Luis Sares dünya çempionatının Uruqvay-İtaliya matçında rəqib müdafiəçi Corco Kellinini çiynindən dişləyib. FİFA xüsusi iclasda Suaresin millidən 9 oyunluq kənarlaşdırmaq, 4 ay müddətinə futbola bağlı bütün fəaliyyətdən uzaqlaşdırmaq, eləcə də 100 min İsveçrə frankı məbləğində cərimə etmək barədə qərar çıxarıb.
İndi isə qərarın dəyişdiriləcəyi və onun Uruqvay millisindən diskvalifikasiyasının 5 oyuna qədər azaldılacağı, futboldan isə cəmi 1 ay müddətinə kənarlaşdırılacağı gözlənilir. Bu zaman Suaresin hadisədən sonra üzr istəməsi nəzərə alınacaq.