Subaşiç oynadı, komandası irəlilədi
03.04.2014 - 08:00
Subaşiç oynadı, komandası irəlilədi

Türkiyə çempionatının I liqasında XXXIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, aşağı dəstədə çıxış edən 4 azərbaycanlı futbolçudan yalnız biri meydana çıxıb.

 

Milliləşən serb Branimir Subaşiç çıxış etdiyi “Orduspor”un ev oyununda forma geyib. Hücumçu “1461 Trabzon”la matçda 90 dəqiqə meydanda olub. Bu görüş 1:1 hesabı ilə nəticələnib.

 

“Qaziantep BŞB”nın müdafiəçisi Ufuk Budak və “Fəthiyəspor”un qapıçısı Davud Kərimi isə yenə oyunun protokoluna düşməyiblər. Səfərdə oynayan bu iki komanda isə fərqli nəticələr əldə edib. Davudun komandası “Tavşanlı Linyitspor”a 1:2 hesabı ilə uduzubsa, Ufukun klubu “Karşıyaka”nı eyni hesabla məğlub edib.

 

Qeyd edək ki, qazanılan 1 xaldan sonra “Orduspor” turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Ordu təmsilçisi 31 oyundan 63 xal toplayıb. Qaziantep təmsilçisi 35 xalla 13-cü, “Fəthiyəspor” isə 32 xalla 15-cidir.