Subaşiç oynadı, komandası üstünlüyünü əldən verdi
28.09.2014 - 16:47
Türkiyənin PTT I Liqasında IV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin sabiq futbolçusu Branmir Subaşiçin çıxış etdiyi "Manisaspor" "Adanaspor"la qarşılaşıb.
Matçın 8-ci dəqiqəsinə qədər Dimitrovun dublu sayəsində hesabda öndə olan serbəsilli azərbaycanlı oyunçunun komandası daha sonra üstünlüyünü qoruya bilməyib. "Adanaspor" 3 qol vuraraq qələbə qazanıb - 3:2.
Qeyd edək ki, Subaşiç yenə startı heyətində meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
0
0