Subaşiçin komandasından darmadağın
31.03.2014 - 08:00
Türkiyə çempionatının I liqasında XXXII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə Azərbaycan yığmasının iki üzvünün çıxış etdiyi komandalar üz-üzə gəlib.
Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” səfərdə Ufuk Budakın sıralarında olduğu “Qaziantep BB”nin qonağı olub. Bu görüşdə Ordu təmsilçisi rəqibindən güclü olub – 3:0. Milliləşən legionerlərimizdən heç biri bu oyunda meydana çıxmayıb.
Qeyd edək ki, 30 oyunda 62 xal toplayan “Orduspor” 3-cü, 32 xala malik qazianteplilər isə 15-ci pillədə qərarlaşıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0