Subaşiçli “Orduspor” səfərdə büdrədi
21.01.2014 - 00:58
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında XX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ötən gün Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” növbəti matçına çıxıb.
Ordu təmsilçisi səfərdə “Mersin İdman Yurdu” ilə üz-üzə gəlib. Görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətdə meydana çıxan 31 yaşlı hücumçumuz isə meydanda 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, hazırda “Orduspor” 39 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.
0
0