Subaşiçli “Orduspor” səfərdə qələbə qazandı
10.02.2014 - 01:24
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında XXIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ötən gün millimizin hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə “Manisaspor”la qüvvəsini sınayıb. Görüş qonaq komandanın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Syart heyətdə meydana çıxan Subaşiç 55-ci dəqiqədə Aleksandru İonita ilə əvəzlənib.
Qeyd edək ki, “Orduspor” hazırda 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.
0
0