“Sumqayıt” tarixində ilk dəfə “Simurq”a qalib gəlib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XV turunun 2:1 hesabı ilə nəticələnən oyununadək 11 dəfə qarşılaşan rəqiblərin görüşlərində sumqayıtlılar cəmi 1 xal qazanmışdı. 1 heç-heçə edib, 10 dəfə uduzan komanda 12-ci cəhddə sindromu qırıb.
Aqil Məmmədovun yetirmələri həm də mövsümdəki qələbəsiz oyunlar seriyasına son qoyub. Son 8 oyunda qələbə qazana bilməyən “Sumqayıt” V turun “Bakı” ilə səfər oyunundan sonra 2 heç-heçə edib, 6 məğlubiyyət almışdı. Sentyabrın 14-dəki qələbədən sonra növbəti uğuru 84 gün gözləməli olub. Meydan sahiblərinə qələbə qazandıran qol yubiley xarakteri daşıyıb.
Məhəmməd Qurbanov komandasının ev oyunlarında 50-ci qolunun müəllifi olub. Bu, komandanın öz meydanındakı 57-ci qarşılaşmada qeydə alınıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı