Superliqa klubu “Latsio”nun futbolçusunu transfer edir
11.07.2015 - 19:06
Superliqa klubu “Latsio”nun futbolçusunu transfer edir

Türkiyənin “Trabzonspor” klubu “Latsio”nun futbolçusu Luiş Kavandanı transfer etməyə yaxındı. Apasport.az saytının məlumatına görə, bu barədə “bordo-mavilər”in baş katibi Köksal Günay açıqlama verib.

 

Baş katib bildirib ki, artıq futbolçu və klubu ilə prinsipial razılaşma əldə olunub. Keçiddə heç bir problem olmayacaq.

 

Qeyd edək ki, 24 yaşlı Kavanda 2010-cu ildən “Latsio”nun formasnı geyinir. Konqolu futbolçu bu müddətdə müxtəlif illərdə “Turin” və “Bari”də də icarə əsasında çıxış edib.