Türkiyənin “Osmanlıspor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bir müddət öncə Hamza Hamzaoğlu ilə yollarını ayıran Super Liqa təmsilçisini yeni mövsümdə Bülənt Uyğun çalışdıracaq.
Klubun yaydığı açıqlamada yeni baş məşqçi ilə 3 illik müqavilə barədə razılıq əldə olunduğu bildirilir. Rəsmi müqavilə Ramazan bayramından sonra imzalanacaq.
Qeyd edək ki, Uyğun son olaraq "Qaziantepspor"un baş məşqçisi postunda çalışıb. O, daha öncə "Sivasspor", "Bucaspor", "Əskişəhərspor", "Elazığspor", "Qaziantepspor" kimi yerli klublarda, eləcə də Qətərin "Ümm Salal" komandasında baş məşqçi olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı