“Bavariya”nın əfsanəvi futbolçusu Bastian Şvaynştayger komandasını dəyişməyə hazırlaşır. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi “Bavariya”da qalmaqdan imtina edib.
30 yaşlı futbolçu 2016-cı ilə qədər olan müqavilə müddətini uzatmamaq qərarına gəlib. Şvaynştayger yeni komandasını da seçib. O, “Mançester Yunayted”lə ilkin razılıq əldə edib. Ulduz futbolçunun yaxın günlərdə “mankunianlar”la 3 illik müqavilə imzalaması və ilinə 10 milyon avro qazanması gözlənilir. Bu transfer “Bavariya”ya 20 milyon avro qazandıracaq.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Bastian Şvaynştayger 2002-ci ildən peşəkar futbolçu kimi bu klubun formasını geyinir.