Şvaynştayger qayıdır
07.02.2014 - 01:33
Şvaynştayger qayıdır

Münhen “Bavariya”sının təcrübəli futbolçusu Bastian Şvaynştayger yenidən yaşıl meydanlara qayıdır. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

 

Belə ki, ötən ilin iyununda sağ topuğundan əməliyyat olunan, lakin həmin bölgəsində fəsadlar yarandığı üçün oktyabrında yenidən cərrahi müdaxiləyə məruz qalan 29 yaşlı yarımmüdafiəçinin vəziyyəti yaxşılaşır. O, artıq ötən gündən məşqlərə başlayıb.

 

Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Şvaynştayger 2002-ci ildən Münhen klubunun formasını geyir. O, burada ümumilikdə 306 matça çıxıb və 38 qol vurub.