Topaz Premyer Liqasının V turU çərçivəsində keçirilən “Araz-Naxçıvan”la səfər oyunu “İnter”in gənc futbolçusu Coşqun Diniyev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi “bankirlər”in heyətində ilk qolunu vurub.
Komandasının 3:1 hesablı qələbəsində pay sahibi olan Diniyev “İnter”in qarşılaşmadakı ikinci qolunun müəllifi olub. Bununla da yarımmüdafiəçi “İnter”in heyətində Azərbaycan çempionatının oyunlarında fərqlənən oyunçuların siyahısına daxil olub. O, bura düşən sayca 87-ci futbolçudur.
“İnter”in ilk qolunu vuran Baçana Sxadadze isə “bankirlər”in formasında çempionat oyunlarında 26-cı dəfə fərqlənib. Gürcüstanlı forvardın rəsmi oyunlarda vurduğu qolların ümumi sayı isə 35-ə çatıb. O, bu göstəricidə klubun tarixinin ən yaxşı bombardiridir.