Gürcüstan çempionunun adı bəlli olub. Apasport.az saytının məlumatına görə, Tiflis “Dinamo”su mövsümün sonuna 1 tur qalmış qızıl medalları təmin edib.
Paytaxt təmsilçisi bunu “Sioni” üzərində 3:0 hesablı səfər qələbəsi sayəsində rəsmiləşdirib. Çempionun ən yaxın izləyicisi “Zestafoni” səfərdə “Çixura”nı 3:2 hesabı ilə yensə də, 4 xallıq fərq son turu formallığa çevirib.
Bununla da baş məşqçi postuna Bakı “İnter”inin çalışdırıcısı Kaxaber Sxadadzeni gətirmək istəyən “Dinamo” ardıcıl 2-ci, ümumilikdə 15-ci dəfə Gürcüstanın ən yaxşısı olub. Bu çempionluq Tiflis “Dinamo”suna Çempionlar liqasının II təsnifat mərhələsinə vəsiqə qazandırıb.