Syomin bu gün axşam “Mordoviya” ilə müqavilə bağlayacaq
27.05.2014 - 18:09
Syomin bu gün axşam “Mordoviya” ilə müqavilə bağlayacaq
“Təfsilatı ilə necə olacaq, axşama hər şeyi şərh edəcəyəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin “Sovetski Sport”a qısa müsahibəsində bildirib.

O, “Mordoviya”nın sükanı arxasına gətirilməsinə belə münasibət bildirib: “Bütün rəsmi kağızlara imza atan kimi hər şeyi açıqlayacağam. Əlbəttə, “Mordoviya” maraqlı layihədir. Bu, Premyer Liqadır”.

Qeyd edək ki, Yuri Syomin ölkə kubokunun final görüşündən sonra “Qəbələ”dən ayrılmaq istədiyini açıqlayıb.