Syominin əvəzinə Muntyanu?
30.05.2014 - 10:05
Syominin əvəzinə Muntyanu?

 

“Qəbələ” Yuri Syominin istefasından sonra boş qalan baş məşqçi postuna axtarışları davam etdirir. Apasport.az saytının əldə etdiyi məlumata görə, “radarlar”ın maraqlandığı məşqçilərdən biri az öncə Rusiyanın “Kuban” klubundan ayrılan rumıniyalı Dorinel Muntyanudur.

 

Klub rəhbərliyi ilə bir neçə gün öncə İstanbulda görüşdüyü mütəxəssislə danışıqlar aparıb. Amma başqa namizədlər də olduğundan hələlik son qərar verilməyib.

 

Qeyd edək ki, klubun vitse-prezidenti Fariz Nəcəfov apasport.az saytına açıqlamasında baş məşqçi postuna 2 namizədin olduğunu bildirib