“Mən hələ gəncəm. Milli komandaya ikinci dəfə çağırılıram”. Apasport.az saytının məlumatına görə, bunu Braunşvayq “Ayntraxt”ının yarımmüdafiəçisi Taşkın İltər deyib.
Ötən ilin noyabrın 19-da Bişkekdə Qırğızıstanla keçirilən yoldaşlıq matçında (0:0) yığmamızda debüt edən İltər ikinci dəfə əsas millinin düşərgəsinə çağırılıb. Berlin doğumlu 20 yaşlı futbolçu Filippin və ABŞ-la yoxlama oyunlarında kənarda qalmasına aydınlıq gətirib.
“Hələ çox yaşım yoxdu. Mənim şans əldə edəcəyim vaxt irəlidədi. Özümə güvənirəm. Mövqeyimdə oynayan futbolçular əvvəldən əsas millinin şərəfini qoruyur. Abdulla Abatsiyevi U-21-dən tanıyıram. Onunla birgə həmin yığmada çox oynamışıq” – deyə, İltər bildirib.
Qeyd edək ki, millimiz dünəndən avqustun 20-də Özbəkistanla keçiriləcək yoldaşlıq oyununun hazırlıqlarına başlayıb.