Futbol üzrə İran çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” klubu bir ilkə imza atıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Təbriz təmsilçisi tarixində ilk dəfə İran Kubokunun sahibi olub.
Belə ki, “Traktorsazi” həlledici mərhələdə Kirman şəhərini təmsil edən “Mis”in qonağı olub. “Bahünər” stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə “Traktorsazi”dən Səid Dəqiqi vurub. Bu futbolçu, həm də matçın ən yaxşı oyunçusu da seçilib.
Qeyd edək ki, “Traktorsazi” İran Kubokunun sahibi olmaqla, gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.