Təbrizlilər evdə xal itkisi ilə üzləşdilər
16.01.2014 - 20:22
Təbrizlilər evdə xal itkisi ilə üzləşdilər

Futbol üzrə İran çempionatında XXIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Traktorsazi” klubu da növbəti oyununa çıxıb.

 

Təbriz təmsilçisi doğma arenada “Saba Qom”u qəbul edib. Ev sahibi komanda oyunda ilk qolu vursa da, hesabı sona qədər qoruya bilməyib. 88-ci dəqiqədə bir dəfə fərqlənə bilən qonaqlar görüşün hesabını müəyyənləşdirib – 1:1. Meydandan bərabərliklə ayrılan təbrizlilər 37 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar.

 

Qeyd edək ki, “Traktorsazi” növbəti turda səfərdə “Malavan” klubu ilə üz-üzə gələcək.