[b]Teli gedir, Skarlatake gəlir?[/b]
07.01.2015 - 12:31
[b]Teli gedir, Skarlatake gəlir?[/b]

İnnosent Emeqaradan başqa hələ heç bir futbolçusu ilə yollarını ayırmayan “Qarabağ”dan daha bir oyunçunun gedişi gözlənilir. Apasport.az saytının məlumatına görə, Admir Teli Ağdam klubu ilə vidalaşmaq ərəfəsindədi.

 

Bu mövsüm Bədavi Hüseynovun kölgəsində qalan və gününü əsasən ehtiyatda keçirən albaniyalı müdafiəçi artıq baş məşqçi Qurban Qurbanova lazım deyil. Əcnəbi futbolçunun ehtiyatda oturmasını qəbul etməyən Qurbanov onun yerinə başqa müdafiəçinin alınmasını istəyir. Gündəmdəki oyunçu isə “Xəzər Lənkəran”dan yenicə ayrılan Manuel Skarlatakedi. Rumıniyalı müdafiəçi ilə artıq danışıqlara başlanılıb.

 

Qeyd edək ki, Admir Teli 2009-cu ildən “Qarabağ”ın formasını geyinir.