Bu gün Türkiyə PTT I liqasının XIII turunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın formasını geyindiyi “Qaziantep BB” “Bucaspor”la qarşılaşıb.
Səfərdə meydana çıxan təmsilçilərimizin komandası xal itirib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bu görüşdə Vaqif meydana 61-ci dəqiqədə daxil olub. Rəhmanın “18-lik”də yer almadığı matçda Budak 90 dəqiqə oynayıb. Bundan başqa, Ufuk 56-cı dəqiqə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Qaziantep BB” 15 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alır.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı