Təmsilçilərimizin komandası darmadağına üzüldü
28.09.2014 - 23:30
Türkiyənin PTT I Liqasında IV turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin formasını geyindiyi "Qaziantep BB" səfərdə "Antalyaspor"un qonağı olub.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçilərimizdən yalnız biri - Ufuk Budak ilk “11-lik”də yer alıb və 90 dəqiqə də oynayıb. Vaqif Cavadov isə 63-cü dəqiqədə Mehmet Nasın əvəzinə meydan daxil olub. Rəhman Hacıyev isə ehtiyatda qalıb.
Qeyd edək ki, "Qaziantep BB" 3 xalla turnir cədvəlinin 15-ci pilləsində yer alır.
0
0