Təmsilçilərimizin komandası yenə qalib gələ bilmədi
13.09.2014 - 23:43
Təmsilçilərimizin komandası yenə qalib gələ bilmədi

Türkiyə PTT I liqasında II turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, millimizin futbolçuları Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın komandası “Qaziantep BB” növbəti matçını keçirib.

 

Ötən tur evdə “Boluspor”la 1:1 hesablı heç-heçə edən təmsilçilərimizin komandası "Kayserispor"la görüşdə yenə qələbəyə həsrət qalıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb.

 

Ufukun 90 dəqiqə oynadığı matçda Cavadovla Hacıyev meydana ikinci hissədə daxil olub. Rəhman qarşılaşmanın 64-cü dəqiqəsində Dəmircini, Vaqif isə 90+1 ci dəqiqədə Vardarı əvəzləyib.

 

Qeyd edək ki, 2 oyundan 2 xalı olan “Qaziantep BB” turnir cədvəlini  6-cı pilləsində qərarlaşır.