Türkiyə millisinin baş məşqçisi Fateh Terim italiyalı həmkarı Çezare Prandellinin 37 yaşlı Françesko Totti ilə bağlı çətin qərar qəbul etməli olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, “İmperator” ləqəbli Terim “İmperator” ləqəbli Tottinin çox gözəl formada olduğunu vurğulayıb.
“Roma” çox gözəl məşqçisi olan, yaxşı futbol göstərən gözəl komandadır” - deyə, Terim qeyd edib: “Rudi Qarsiya çox böyük miqyaslı iş görüb və cədvəldəki vəziyyət də bunu sübut edir. Güman edirəm ki, Çezare Parendelli nə etmək lazım olduğunu məndən də yaxşı bilir. Totti mənim çox xoşuma gəlir – o dahi futbolçudur və gözəl insandır. Françeskonun dünya çempionatındakı taleyi ilə bağlı qərarı İtaliya millisinin baş məşqçisi verəcək. Amma mən olsaydım, Tottini Türkiyə millisinə çağırardım”.