Terimin yeni köməkçisi bəlli oldu
20.01.2014 - 22:50
Türkiyə millisinin baş məşqçisi Fatih Terimin ikinci köməkçisi müəyyənləşib. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, bu vəzifəyə “Bursaspor”da məşqçi köməkçisi işləyən Mutlu Topçu gətirilib.
Bununla da Topçu Hamza Hamzaoğlundan sonra Terimin ikinci köməkçisi olub.
Qeyd edək ki, təcrübəli mütəxəssisin bu vəzifəyə “Qalatasaray”dakı köməkçiləri Hasan Şaş və Ümit Davalanı gətirəcəyi gözlənilirdi.
0
0