“Digər klublar kimi, bizim də ölkə xaricində toplanış keçmək fikrimiz var. “İnter”lə oyundan sonra proqram üzrə işləyəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Gənc mütəxəssis hazırlıq keçəcəkləri yeri konkret açıqlamasa da, Türkiyə variantını istisna etməyib: “Biz məşqçilər korpusu proqramımızı tərtib etmişik. Ancaq buna rəhbərlik baxmalıdı. Məhz bundan sonra hansı ölkədə hazırlıq keçəcəyimiz aydın olacaq”.
Əhmədovun sözlərinə görə, AZAL qış toplanışında minimum 4 yoxlama oyunu keçirəcək: “Təbii ki, yalnız məşqlərlə kifayətlənə bilmərik. Yoxlama oyunları da keçirəcəyik. Minimum 4 belə görüş təşkil olunmalıdı. Boluda keçirdiyimiz yay toplanışında da çalışmışdıq ki, yüksək liqa komandaları ilə oynayaq. Bu dəfə də belə olmasını istəyirəm. Amma rəqiblərlə danışıqdan çox şey asılıdı”.
“Təyyarəçilər”in çalışdırıcısı hələ komandadan gedəcək futbolçuların adlarını müəyyənləşdirmədiyini əlavə edib: “Qara siyahı” deyirsiz, onu hələ tutmamışam (gülür). 3 oyundan sonra hər şey bəlli olacaq. Mən indidən desəm ki, bu mövqelərə yeni oyunçular cəlb ediləcək, düz çıxmaz. Bu, həmin mövqedə çıxış edən futbolçuların oyununa mənfi təsir edə bilər”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı