Tərlan Əhmədov: Futbolçuları günahkar saymıram
05.04.2015 - 19:43
Tərlan Əhmədov: Futbolçuları günahkar saymıram

“Rəqib yüksək səviyyədə çıxış etdi, futbolçuları günahkar saymıram”. Apasport.az  saytı PFL-ə  istinadən xəbər verir ki, bu sözləri AZAL – “Qəbələ” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

“Simurq”a məğlubiyyətdən sonra evdə “Qəbələ”yə qalib gələcəklərini düşünən çalışdırıcı, rəqibin əla təsir bağışladığını etiraf edib: “İlk dəqiqələrdən hiss etdim ki, futbolçular istədiyim kimi oynaya bilmir. Sadəcə, alınmadı və bunu analiz edibərək nəticə çıxarmalıyıq”.

 

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə qənaətbəxş nəticə əldə etdiklərini dilə gətirib. Meydanın lazımi səviyyədə olmadığını bildirən Qriqorçuk, bundan da yaxşı futbol sərgiləyə biləcəklərini vurğulayıb.

 

Qeyd edək ki,  Topaz Premyer Liqasının XXVIII turunda “Qəbələ” qonaq meydanında  AZAL-a heç bir şans verməyərək, 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.