“Komandanı oyuna yaxşı hazırlamışdıq. Zədəlilərimiz var. Valeriy Kutsenkonun yoxluğu hiss olundu”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
44 yaşlı mütəxəssis Topaz Premyer Liqasının III turunun “Neftçi” ilə təxirə salınmış və bu gün keçirilən qarşılaşması haqda fikirlərini açıqlayıb. Əhmədov hakimin bəzi qərarına reaksiyasının səbəbinə də aydınlıq gətirib: “Orta sahədə müəyyən boşluqlar vardı. Belə oyunlarda adətən 1 səhv həlledici olur. Oyunçularıma təşəkkür etdim. Qarşıda çətin oyunlarımız var. Həmin oyunlara hazırlaşmalıyıq. Hakimin bəzi qərarına reaksiya verdim. Bunu emosiya kimi qəbul etmək lazımdı”.
Qeyd edək ki, AZAL öz meydanındakı qarşılaşmada 0:1 hesabı ilə məğlub olub.
Mənbə: pfl.az