Tərlan Əhmədov: Səhvdən sonra rəqib qol vurdu
27.09.2014 - 18:55
Tərlan Əhmədov: Səhvdən sonra rəqib qol vurdu

“Sumqayıt”la oyundan sonra futbolçularımla söhbətim olmuşdu”. Apasport.az saytının məlumatına görə, bu sözlər AZAL-ın baş məşqçisi Tərlan Əhmədova məxsusdur.

 

Gənc çalışdırıcı bu gün Topaz Premyer Liqasının VII turunda evdə “İnter”lə heç-heçə (1:1) etmələrindən danışıb.

 

“Bildirmişdim ki, komanda ev oyununda uzun müddətdir qələbə qazanmır. Hesab edirəm ki, oyunçularım mübarizə apardılar. İlk hissədə daha çox hücum etdik. İkinci hissədə isə mənim tapşırığıma əsasən komanda bir qədər geri çəkildi. Düşünürəm ki, 70 dəqiqə mən istəyən futbolu oynadılar. Biz ikinci hissədə rəqibə görə oynamağa başladıq. Bəzi epizodlar oldu ki, uğur qazana bilərdik. Amma alınmadı. Daha sonra bir səhv buraxdıq. Həmin səhvdən sonra rəqib qol vurdu və yekun nəticəni müəyyənləşdirdi. Artıq oyunu unutmalı və qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Bunun üçün vaxtımız var”.(pfl)