Tərlan Əhmədov Gürcüstanda kimi izləyib?
29.05.2014 - 12:20
Tərlan Əhmədov Gürcüstanda kimi izləyib?

“Gilyerme De Paula diqqət mərkəzimizdədir. Hələlik onun oyununu izləyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

O, başqa bir neçə futbolçu ilə də maraqlandıqlarını bildirib: “Ondan başqa da bir neçə futbolçunu izləyirik. Sonra qərar verəcəyik ki, kimləri baxışa dəvət etməliyik. Gürcüstanda da bir neçə futbolçuya baxdıq. Tbilisi “Dinamo”sunun oyununu izlədim. Ora görmək istədiyim oyunçular var idi. Hələ başqa futbolçular da var ki, onların oyunlarına baxmalıyıq”.

 

Əhmədov İspaniyalı  Xavyer Munoz Llompart barədə də fikirlərini açıqlayıb: “O futbolçunu transfer etmək haqqında düşünmürük. Çünki onun həm artıq çəkisi var, həm də yaşı çoxdur. Artıq 34 yaşı var. 6-7 kilo da artıq çəkidən əziyyət çəkir. Onu klubumuza dəvət etməyəcəyik”.