Tərlan Sumqayıtdan Zirəyə "uçdu"
24.12.2014 - 16:24
Tərlan Sumqayıtdan Zirəyə "uçdu"

Azərbaycanda qış fasiləsi yaranan kimi, Premyer Liqa klubları heyətlərində “təmizləmə işləri”nə başlayıblar. Apasport.az saytının məlumatına görə, bu baxımdan “Sumqayıt” fəallığı ilə seçilən klublardandı.

 

Tagim Novruzov və Ceyhun Cavadovdan sonra “gənclik şəhəri” təmsilçisi daha bir futbolçusu ilə yollarını ayırıb. Bu, qapıçı Tərlan Əhmədlidi. “Sumqayıt” 20 yaşlı qolkiperi mövsümün sonuna qədər I divizion təmsilçisi “Zirə”yə icarəyə verib. Komandadan ayrılması gözlənilən növbəti futbolçu isə hücumçu Kiyan Sultanpurdu.

 

Qeyd edək ki, Tərlan Əhmədli 21 yaşadək futbolçulardan ibarət yığma komandamızın üzvüdü.