“Çelsi” təcrübəli müdafiəçisi Con Terri sabah İngiltərə kubokunun 1/8 final mərhələsindəki “Mançester Siti” ilə matçda komandasına kömək edə bilməyəcək. Apasport.az saytının xəbərinə görə, bu barədə London təmsilçisinin baş məşqçisi Joze Mourinyo yerli KİV-ə açıqlamasında məlumat verib.
Mourinyo 33 yaşlı futbolçunun zədə səbəbindən səfər matçında meydana çıxa bilməyəcəyini deyib. Portuqaliyalı mütəxəssisin sözlərinə görə, klubun digər müdafiəçisi Qari Keyhilin də bu oyunda çıxış etməsi sual altındadır.
Qeyd edək ki, İngiltərə millisinin sabiq futbolçusu 1995-ci ildə digər Premyer Liqa təmsilçisi “Vest Hem”dən “Çelsi”yə keçib.