Terri daha 1 il “Çelsi”də
13.05.2014 - 21:19
Terri daha 1 il “Çelsi”də

 

“Çelsi”nin veteran futbolçusu Con Terri komanda ilə daha 1 il müddətinə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bununla da “Qalatasaray”ın ingilis futbolçunu sıralarına qatmaq cəhdi boşa çıxıb.

 

Komandadan ayrılacağı gözlənilən Terrinin qalması üçün baş məşqçi Joze Mourinyonun müdaxilə etdiyi bildirilir. O, yenilənən komandada Terri kimi təcrübəli futbolçuya böyük ehtiyac duyulduğunu bildirib.

 

Qeyd edək ki, Con Terri 1998-ci ildən “Çelsi”nin formasını geyir. O, klubun tarixində ən yaxşı oyunçulardan biridir.