Təsadüfi lider darmadağın oldu, “İnter” zirvəni ələ keçirdi
25.08.2014 - 08:03
Təsadüfi lider darmadağın oldu, “İnter” zirvəni ələ keçirdi

Topaz Premyer Liqasında III turun daha iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, iki matçı təxrə salınan turun son oyun günündə meydan sahibləri sevinib.

 

“Simurq” öz meydanında “Xəzər Lənkəran”ın qapısından iki cavabsız qol keçirib. Zaqatala təmsilçisi bu qələbəylə ikinci sıraya yüksəlib. Cənublular isə ardıcıl ikinci dəfə xalsız qalıb.

 

Turnir cədvəlinin liderlərimin görüşü isə darmadağınla nəticələnib. Zirvənin təsadüfi sahibi “Sumqayıt” “İnter” qarşısında “ağ bayraq qaldırıb”. Bakılılar ikinci ev oyununda da 4 top fərqilə qalib gəlib. Bu isə Kaxaber Sxadadzenin yetirmələrini vahid liderliyə yiyələnməsi ilə nəticələnib.

 

Topaz Premyer Liqası

III tur

 

24 avqust (bazar)

 

“Simurq” – “Xəzər Lənkəran” – 2:0

Qollar: Draqan Çeran, 44; Rəşad Eyyubov, 61 
Zaqatala şəhər stadionu

 

“İnter” – “Sumqayıt” – 5:1

Qollar: Abdulla Abatsiyev, 8; Nizami Hacıyev, 27; Mikel Alvaro, 44; 90+2; Asif Məmmədov, 87 - Məhəmməd Qurbanov, 40
“İnter Arena” stadionu

 

 

  Klublar

O

Q

H

M

T-F

X

1

  İnter

3

2

1

0

9-1

7

2

  Simurq

2

2

0

0

4-0

6

3

  Qəbələ

3

2

0

1

3-4

6

4

  Sumqayıt

3

2

0

1

5-5

6

5

  Araz Naxçıvan

2

1

0

1

3-1

3

6

  Neftçi

2

1

0

1

1-3

3

7

  Xəzər Lənkəran

3

0

1

2

1-4

1

8

  AZAL

2

0

1

1

1-3

1

9

  Qarabağ

2

0

1

1

0-3

1

10

  Bakı

2

0

0

2

0-3

0

 

Bombardir:  Mikel Alvaro (İnter)- 4