Teves: A seriyası ən mürəkkəb çempionatdır
08.03.2014 - 08:02
Teves: A seriyası ən mürəkkəb çempionatdır

 

“Yuventus”un hücumçusu Karlos Teves komandasının çempion olacağına əmindir. Apasport.az saytının məlumatına görə, son iki çempionatda qalib gələn turinlilər yenə də turnir cədvəlinə başçılıq edirlər. Onlar ikinci yerdə gedən “Roma”dan 11 xal irəlidədirlər.

 

Teves bildirib ki, indiyə qədər oynadığı çempionatların hamısından A seriyası mürəkkəbdir: “Hamı bilir ki, bizim həm meydanda, həm də kənarda potensialımız var. “Yuve” güclü komandadır. Biz bir yerdə olanda, bizi məğlub etmək mümkün deyil. Bizim necə təhlükəli olduğumuzu, bütün digər klubların israrla bizə qalib gəlmək istəyindən başa düşmək olar”.