Teves millidən kənarlaşdırıldı
19.02.2014 - 21:50
Teves millidən kənarlaşdırıldı

Futbol üzrə Argentina millisinin Rumıniya ilə keçirəcəyi yoxlama oyunu üçün heyəti açıqlanıb. Apasport.az ölkənin federasiya saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Alexandro Sabelya bu matç üçün “Yuventus”un təcrübəli forvardı Karlos Tevesə dəvət göndərməyib.

 

Bu il Braziliyada keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan bu oyuna Tevesin çağırılmaması ölkənin futbol ictimaiyyəti tərəfindən təəccüblə qarşılanıb. Çünki bu hadisədən sonra futbolsevərlər onun DÇ-2014-də milliyə alınmayacağını düşünür. 30 yaşlı futbolçunun bu məsələ ilə bağlı nə deyəcəyi isə maraqla gözlənilir.

 

Rumınlarla oyunda argentinalıların hücum xətti üçün nəzərdə tutulmuş futbolçular isə bunlardır: Messi (“Barselona”), Qonzalo İquain (“Napoli”), Serxio Aquero (“Mançester Siti”), Esekuel Lavezzi (PSJ) və Rodriqo Palasio (“İnter”).

 

Qeyd edək ki, həmin hazırlıq matçı martın 5-də keçiriləcək.