Ticani “Bakı”ya yox, Parisə gedib
10.02.2014 - 10:05
Ticani “Bakı”ya yox, Parisə gedib

“Bakı”ya keçəcəyi gözlənilən Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Ticani Belaidin gələcək karyerasına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Tunis əsilli fransalı Plovdiv təmsilçisində qalacaq.

“Dəmiryolçular”ın baş məşqçisi Aleks Stankov yarımmüdafiəçinin “Bakı”ya keçməyəcəyini açıqlayıb: “Ticaninin düşərgəmizdə olmamağı hansısa kluba keçidi ilə bağlı deyil. Mən ona evlərinə getməyə icazə vermişdim. Legionerimiz qısa müddətə Parisə yollanıb. Yaxın günlərdə “Lokomotiv”ə qayıdacaq və bizim komandada çıxış edəcək”.

Qeyd edək ki, Belaid Tunis yığmasında 18 oyuna 3 qol vurub.