“Azərbaycan komandası ilə oyunun ilk hissəsində istədiyimiz oyunu göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri ABŞ millisinin futbolçusu Tom Hovard deyib.
Təcrübəli qapıçı Azərbaycan yığması ilə San-Fransiskoda keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Ancaq ikinci hissədə istədiyimiz oyunu nümayiş etdirdik və 2 qol vuraraq qələbə qazandıq. Bu, bizim ucun növbəti oyuna hazırlaşmaq baxımından yaxşı əhval ruhiyyə yaratdı. Azərbaycan millisinin qapıçısı haqda yalnız xoş sözlər söyləyə bilərəm. İlk hissədə Vondolovskinin iki zərbəsini ustalıqla dəf etdi. Mənə elə gəlir ki, milliniz əla qapıçıya malikdir".
Qeyd edək ki, millimiz ABŞ-la oyunda 0:2 hesabı ilə uduzub.
Tim Hovard: Azərbaycan yığması əla qapıçıya malikdir
28.05.2014 - 09:09
0
0