“Bu oyun bizim üçün yaxşı olacaq. Təlim-məşq toplanışları həmişə çətin olur. Ona görə ki, lazım olanı əldə etmək üçün çoxlu məşq etməlisən. Bundan sonra isə əyləncə başlayır”. Apasport.az saytının məlumatına görə, bunu ABŞ yığmasının qapıçısı Tim Hovard deyib.
“Everton”un qapıçısı millimizlə oyun öncəsi fikirlərini açıqlayıb.
“Mançester Yunayted”in 35 yaşlı sabiq qolkiperi yoldaşlıq görüşünün xeyirlərinə işləyəcəyini bildirib: “Bizim dünya çempionatına kimi düzgün formaya düşməyimiz üçün yoldaşlıq görüşlərində qarşılaşacağımız 3 rəqib var. Ümid edək ki, bu oyunlar bizə müsbət təkan verəcək və dünya çempionatına tam hazır olacağıq”.
Qeyd edək ki, ABŞ – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 07:00-da keçiriləcək.