Tito Vilanovanın adı əbədiləşəcək
16.09.2014 - 18:46
"Barselona" 2014-cü ilin aprel ayında xərçəng xəstəliyindən dünyasını dəyişən sabiq baş məşqçisi Tito Vilanovanın adını əbədiləşdirəcək. Apaspot.az saytının məlumatına görə, bu haqda Kataloniya klubunun rəhbərliyi qərar verib.
“Barsa”nın bosları keçmiş çalışdırıcının ismini komandanın məşq meydançalarından birinə verməyə qərar verib.
Qeyd edək ki, 2012/2013 mövsümündə "Barselona"nı çalışdıran Vilanova komanda ilə İspaniya La Liqasının qalibi olub.
0
0