Toğrul Erat forma geyindi, Dmitri Nazarov izlədi
17.12.2014 - 00:30
Toğrul Erat forma geyindi, Dmitri Nazarov izlədi

Almaniya II Bundesliqasında XVIII turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Karlsrue” səfərdə “Yunion Berlin”lə qarşılaşıb.

 

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandasının uduzduğu matçda Nazarov qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.

 

Yığmamızın digər üzvü Toğrul Eratın çıxış etdiyi "Fortuna" da səfərdə meydana çıxıb. Düsseldorf klubu “Braunşveyq”lə üz-üzə gəlib. Təmsilçimizin start heyətdə meydana çıxdığı matçda komandası uduzub – 2:1. Erat oyunun 83-cü dəqiqəsində əvəzlənib.

 

Qeyd edək ki, “Karlsrue” 30 xalla 2-ci, "Fortuna" isə 28 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.