Azərbaycan millisinin də iştirak edəcəyi futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 28-dən fevralın 8-dək Belçikada baş tutacaq yarışda ədaləti 16 hakim qoruyacaq.
UEFA Antverpendəki turnirə 16 müxtəlif ölkədən hakim yollayır. Onlar aarsında Azərbaycan təmsilçisi olmayacaq: Gerald Bauernfeynd (Avstriya), Mark Birkett (İngiltərə), Andrey Çernı (Çexiya), Kamil Çətin (Türkiyə), Balaj Farkaş (Macarıstan), Eduardo Jose Fernandes Coelyo (Portuqaliya), Fernando Qutyerres Lumbreras (İspaniya), Oleq İvanov (Ukrayna), Paskal Lemal (Belçika), Alessandro Malfer (İtaliya), Timo Onatsu (Finlandiya), İvan Şabanov (Rusiya), Borut Şiviç (Sloveniya), Boqdan Soresku (Rumıniya), Sebastyan Stavitski (Polşa), Saşa Tomiç (Xorvatiya).
Qeyd edək ki, Azərbaycan yığması C qrupunda ilk oyununu yanvarın 31-də Sloveniyaya qarşı keçirəcək. Fevralın 2-də isə millimiz İtaliya ilə üz-üzə gələcək.