Tomiçin durumuna aydınlıq gəldi
07.04.2015 - 11:37
Topaz Premyer Liqasının XXIX turunda “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” prinsipial qarşılaşmanın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, dünəndən məşqlərə başlayan “ağ-yaşıllar” oyuna problemsiz hazırlaşırlar.
Dirsəyində zədəsi olduğu üçün “İnter”lə ötən tur matçını buraxan qapıçı Vyekoslav Tomiç artıq sıraya dönüb. Xorvatiyalı qolkiper “Neftçi” ilə “böyük oyun”da çərçivədəki yerini ala biləcək. Onun hər ehtimala qarşı meydançaya qoruyucu vasitəsilə çıxması da istisna deyil.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu aprelin 9-da keçiriləcək.
0
0