Toni Kroos Braziliya - Almaniya matçının ən yaxşısıdır
09.07.2014 - 02:30
Toni Kroos Braziliya - Almaniya matçının ən yaxşısıdır

 

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos Braziliya və Almaniya yığmaları arasında keçirilən yarımfinal matçının ən yaxşı oyunçusu hesab olunub. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında bildirilir.

 

Kroos əsas heyətdə meydana çıxıb, 90 dəqiqə ərzində 65 dəqiq ötürmə edib, qapıya 3 zərbə endirib. Bu zərbələrdən 2-si qolla nəticələnib. Bundan əlavə, Kroos Müllerin vurduğu qolun assistenti olub.

 

Xatırladaq ki, Almaniya bu oyunda 7:1 hesabı ilə qalib gələrək, finala yüksəlib.