Topaz Premyer Liqası: “Doqquzluğ”a düşənlər
17.02.2014 - 16:40
Topaz Premyer Liqasının III dövrəsinin ilk 3 turunda yalnız 3 komanda eyni rəqib üzərində üçüncü qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, XXI turda heç bir komanda rəqibindən aldığı xalların sayını “9”a çatdıra bilməyib.
Əvəzində, əvvəlki 2 turun 3 cütündə “doqquzluğ”a düşən olmuşdu. XIX turda “Qarabağ”la “Bakı” müvafiq olaraq, “Qəbələ” ilə “Simurq”u 3-cü dəfə xalsız qoymuşdu. “İnter” isə “Rəvan” üzərində 3-cü qələbəsini XX turda qeyd etdi.
XIX tur
“Qarabağ” – “Qəbələ” – 1:0, 4:3, 1:0
“Bakı” – “Simurq” – 3:0, 3:2, 1:0
XX tur
“İnter” – “Rəvan” – 5:1, 3:2, 2:1
0
0