Topaz Premyer Liqasında XXI turun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi sabah start götürəcək qarşılaşmaların ədalət təmsilçilərini müəyyənləşdirib.
“Bakı” ilə “Nefti” arasında paytaxt derbisində Əliyar Ağayev, “Qəbələ”nin “Xəzər Lənkəran”la matçında isə Vüsal Əliyev iş başında olacaq. Turun 4 oyununa 6 hakimlik briqada göndərən komitə yalnız autsayderlərin – “Sumqayıt”la “Rəvan”ın matçında əlavə ədalət təmsilçilərinə ehtiyac görməyib.
XXI tur
14 fevral (cümə)
15:00. “Simurq” – “İnter”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Mübariz Haşımov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov
Zaqatala şəhər stadionu
15 fevral (şənbə)
15:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
17:00. “Qarabağ” – AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Yaşar Abbasov, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
16:00. “Sumqayıt” – “Rəvan”
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Namiq Hüseynov, Fərid Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança
13:30. “Bakı” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Azər Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Alik Yunusov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
Mənbə: pfl.az