[b]Topaz Premyer Liqası: İlk “qapazaltı” bəlli oldu [/b]
29.03.2014 - 17:18
[b]Topaz Premyer Liqası: İlk “qapazaltı” bəlli oldu [/b]

Topaz Premyer Liqasının cari mövsümündə eyni komandaların oyunlarında 12 xal qazanan ilk klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilk 3 dövrədə “Simurq”a qarşı keçirdiyi bütün matçlarda qalib gələn “Bakı” bu gün baş tutan XXVIII turun qarşılaşmasında da 3 xal əldə edib.

 

Bununla, paytaxtın eyniadlı təmsilçisi “Simurq”dan 12 xal alıb. “İnter”in prezidenti Georgi Nikolovun vaxtilə apasport.az saytına açıqlamasında istifadə etdiyi terminə əsasən, zaqatalalılar “Bakı”nın “abunəçi”sidir.

 

Cari mövsümün ilk “abunə” faktı daha 10 cütdə təkrarlana bilər. Belə ki, ilk 3 dövrədə 11 cütdə bir komanda digərindən 9 xal almışdı. Sabah və qarşıdakı 8 turda həmin cütlərdə “Bakı”ya qoşula biləcək komandalar rəqibini “Simurq”un durumuna salmağa çalışacaq.

 

4 oyunda 4 qələbə

3:9 - “Simurq” – “Bakı” – 0:3, 2:3, 0:1, 1:2
 

3 oyunda 3 qələbə

11:1 - “Qarabağ” - “Sumqayıt” – 5:1, 3:0, 3:0

1:10 - “İnter” – “Qarabağ” – 1:2, 0:2, 0:3

2:9 - “Rəvan” – “İnter” – 1:5, 0:2, 1:2

8:1 - “Simurq” – “Sumqayıt” – 3:1, 1:0, 4:0

7:0 - “Simurq” – “Rəvan” – 2:0, 3:0, 2:0

0:5 - “Sumqayıt” – “İnter” – 0:2, 0:2, 0:1

1:5 - “Rəvan” - “Neftçi” – 0:2, 1:2, 0:1

3:6 - “Qəbələ” - “Qarabağ” – 0:1, 3:4, 0:1

3:6 - “Qəbələ” – “Neftçi” – 1:2, 1:2, 1:2

2:5 - AZAL – “Qəbələ” – 1:2, 0:1, 1:2