Topaz Premyer Liqasının XXIX turunun görüşlərinin vaxtı və yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 5-də və 6-da keçiriləcək turun 3 oyunu paytaxtda, ikisi əyalətdə keçiriləcək.
Paytaxt təmsilçiləri “Neftçi” ilə “Bakı” arasında turun mərkəzi qarşılaşması aprelin 6-da, 15:30-da başlayacaq. Kubokun yarımfinalında da üz-üzə gələcək “Xəzər Lənkəran”la “Qəbələ”nin aprelin 5-dəki çempionat dueli isə 18:00-da start götürəcək.
XXIX tur
5 aprel (şənbə)
17:00. “Rəvan” – “Sumqayıt”
“Bayıl Arena” stadionu
17:00. AZAL – “Qarabağ”
“AZAL Arena” stadionu
18:00. “Xəzər Lənkəran” – “Qəbələ”
“Xəzər Lənkəran” mərkəzi stadionu
6 aprel (bazar)
15:30. “Neftçi” – “Bakı”
“Bakcell Arena” stadionu
16:00. “Simurq” – “İnter”
Zaqatala şəhər stadionu
Mənbə: pfl.az