Topaz Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 16-da start götürəcək turun ilk günündə “Rəvan” “Kəpəz”i sınağa çəkəcək.
Ertəsi gün isə Avropa Liqasında mübarizəni davam etdirən klublar meydana çıxacaq. “Qəbələ” “Neftçi”nin qonağı olacaqsa, “Qarabağ” “Zirə”ni qəbul edəcək.
Turun son günü “Xəzər Lənkəran” – AZAl matçı ilə başlayacaq. Həftəyə “Sumqayıt”ın “İnter”lə ev oyunu ilə yekun vurulacaq.
Topaz Premyer Liqası
VIII tur
16 oktyabr (cümə)
20:30. “Rəvan” – “Kəpəz”
“Bayıl Arena”
17 oktyabr (şənbə)
15:30. “Neftçi” – “Qəbələ”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
18:00. “Qarabağ” – “Zirə”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
18 oktyabr (bazar)
18:00. “Xəzər Lənkəran” – AZAL
“Xəzər Lənkəran” mərkəzi stadionu
20:00. “Sumqayıt” – “İnter”
“Kapital Bank Arena”